Franşiza nədir?
Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
Sığorta premium nə deməkdir?
sığorta polisinin etibarlılıq müddəti ərzində sığortanı əhatə edən, birdəfəlik və ya hissələrlə ödənilən xərcidir.
Qazanılmış premium nə deməkdir?
sığorta müqaviləsinin qüvvədə olma müddətinin son tarixinə aid olan sığorta premiumunun bir hissəsidir.
Cəmi sığortalanan məbləğ nə deməkdir?
zərər halında sığorta şirkətinin ödəməyə borclu olduğu məbləğidir.
Sığorta iddiası nə deməkdir?
sığorta polisinə uyğun olaraq tələb olunan ödənişdir. Müqaviləyə əsasən itgi və ya səhlənkarlığa görə baş verən zərər halında kompensasiya və ya ödəniş üçün iddiaçının hüquqi tələbi və ya iddiasıdır.
Sığortalının kompenasiyası nə deməkdir?
sığorta müqaviləsinə uyğun olaraq sığortanın əhatə etdiyi xərclərin ödənilməsi üçün sığortalayan tərəfindən sığortalıya ödənilən məbləğdir.